Marneulidə suvarma kanallarının təmizlənmə işləri aparılır
Marneuli bələdiyyəsində bir neçə yerdə suvarma kanallarının təmizləmə işləri aparılır. Gürcüstan Meliorasiya, Xram-Debet Xidmət Mərkəzinin rəhbəri Aleksandre Şukakidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, indiki mərhələdə Ağməmmədli və Qasımlı zonasında təmizləmə işləri aparılır və aparılan işlərə görə, kəndlərə su az miqdarda verilir.

“İndiki mərhələdə bir neçə kənddə iki ədəd ağır texnika işləyir. Həmçinin, gələn həftədən Şulaveri
və Sadaxlı ərazi vahidliyində işlərə başlayacağıq. Sonra Algeti zonasında işlərə başlamağı planlaşdırırıq. İlk növbədə əhalinin problemini həll edləcək işləri həyata keçiririk. Dekabr ayından müqavilə bağlayan şirkətlər Tsereteli, Xram-kanalları və Lomtaqora kanalları ərazisində işlər aparırlar”,
– Şukakidze bildirdi.

Meliorasiya Xidmətinin, Marneuli Xidmət Mərkəzinin rəhbəri bildirdi ki, Marneuli şəhərində Qamsaxurdiya küçəsində yerləşən kanalın təmizlənmə işləri aparılacaq, onların açıqlamasına görə, qeyd olunan kanal hər il çirkli olur. O, əhalini zibilləri kanala atmaqdan çəkinməyə çağırdı.

Print ელ. ფოსტა
FaceBook Twitter Google