Marneuli uşaq bağçalarında təhsil prosesi 1 mart tarixində bərpa olunacaq
1 mart tarixindən, Marneuli bələdiyyəsinin uşaq bağçalarında təhsil prosesi başlayacaq. Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov "Marneuli" radiosuna bildirdi ki, bağçalar təhsil prosesini bərpa etmək üçün hazırdırlar.

"Ərzaqlarla təmin etmişik, süd məhsullarının verilməsi də bu gün başa çatır. Təhsilə başlamaq üçün hərtərəfli hazırıq. Eləcə də gigiyena baxımdan nizam-intizam var. Baxmayaraq ki, bağçalarda tədris dayandırılmışdır, hər həftə binada
təmizlik işi aparılırdı",
– Kərəmov bildirdi.

Ağır epidemioloji vəziyyətə görə, Marneuli ictimai bağçalarında 7 fevraldan təhsil prosesi dayandırılıb və 21 fevralda bərpa olunmalı idi.

Bələdiyyə miqysında 14 bağça fəaliyyət göstərir. İki bağçada təmir işləri aparılır və bir bağça qəzalı vəziyyətdədir. Buna görə, 2022-ci ildə 11 bağça təhsil prosesinə başlyıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google