Marneulinin iki klinikasında 34 nəfər kovid xəstəsi müalicə alır
Marneulinin iki klinikasında 34 nəfər kovid xəstəsi müalicə alır. Marneulidəki “Aversi” klinikasının meneceri Manana Kapnadenin sözlərinə görə, klinikada ümumilikdə 28 xəstə müalicə olunur.

"Müalicə şöbəsində 14 xəstəmiz var, onlardan 9-u uşaqdır. 14 xəstə isə reanimasiyadadır. Qeyd edək ki, bizə Gürcüstanın bütün regionlarından kovid xəstələri gəlir", – Kapandze bildirdi.

Daha bir tibb müəssisəsinin, Marneuli “Geo Hospitals” klinikasından bildirdilər
ki, bu günə olan məlumata görə, cəmi 6 xəstə müalicə alır. Tibb müəssisəsinin kliniki direktoru Tata Şenqelaia bildirdi ki, gün ərzində bir və ya iki nəfərdə virus aşkarlanır.

"Yoluxma halları ciddi şəkildə azalıb. Reanimasiyada 2 xəstəmiz, müalicə şöbəsində isə 4 xəstə var. Reanimasiyaya yerləşdirilənlər əsasən başqa xəstəlikdən əziyyət çəkirlər, yaxud yaşlı insanlardır", – Şenqelaia bildirdi.

Son 24 saat ərzində Gürcüstanda 2783 nəfər virusa yoluxub. 5450 nəfər sağalıb, 32 xəstə dünyasını dəyişib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google