Novruz bayramında ləğv edilmiş konsert üçün ayrılmış vəsait Ukraynaya göndəriləcək – meriya
21 mart tarixində, Novruz bayramında keçirilməli olan qala konsert Ukraynada baş vermiş hadisələrə görə ləğv olundu. Marneuli meriyasından “Marneuli” radiosuna bildirdilər ki, konsert üçün ayrılmış vəsait Ukraynaya göndəriləcək.

“Tenderi qazanmış şirkət nə lazım idisə, hamısını etdi. Qala konsert üçün ayrılmış vəsait meriyanın təşəbbüsü ilə Ukraynalılara xərclənəcək. Birbaşa pul köçürüləcəyi, yoxsa humanitar yardım şəklində göndəriləcəyi hələ məlum
deyil. Çünki hələ hesablanacaq və buna əsasən qərar veriləcək”,
– meriyadan bildiriblər.

Marneuli meriyası bu il Novruz bayramını qeyd etmək üçün 65 720 lari ayırıb. Bu isə ötən illərlə müqayisədə demək olar dörd qat artıqdır.

21 mart tarixində, Novruz bayramında meriya ərazisində keçirilmiş tədbirə mərkəzi hakimiyyət nümayəndələri gəlib. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili əhaliyə müraciət edib və bayramlarını təbrik edib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google