Marneuli-Tbilisi marşrutları yanacağın qiymətinin artmasına görə, fəaliyyətini dayandıra bilər
“Əgər yanacağın qiyməti azalmasa, yaxud daha da artsa, biz ola bilsin ümumiyyətlə, fəaliyyətimizi dayandıraq”. Marneuli-Tbilisi istiqamətində hərəkər edən maşrut sürücüləri, yanacağın qiymətinin bahalaşmasına belə münasibət bildirirlər. “Transkveli” MMC-nin rəhbəri, Zura Xarşiladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, yanacağən bahalaşdığı təqdirdə Marneulidən Tbilisi istiqamətində işləmək onlar üçün sərfəli deyil.

“Gediş haqqını artırmaq istəyirdik. Ancaq alınmır, yeni ilə qədər gediş
haqqı 2.50 idi. İki aydır gediş haqqını artırmışıq və 3 lari olub. Çox vaxt ziyana da işləyirik. Ola bilsin tamamilə dayanaq, çünki gediş haqqını artıra bilmərik. Onsuz da sərnişin azdır və hamısını itirəcəyik. Əvvəllər gündə 18 maşın işləyirdi, indi 10 güclə işləyir. Pandemiyaya qədər gündə 800, şənbə-bazar günləri isə 500 sərnişin olurdu. İndi sərnişinlər çox azdır. Yanacağın qiymətinin artırılması bizə ikinci zərbədir. Dedilər ki, aksiz dəyərini azaldacaqlar və əgər doğrudursa, heç nə olmaz, indi əsasən qazla işləyən marşrutlar çalışır”,
– Xarşiladze bildirdi.

“Ekspress” MMC şirkətinin sahibi, Manuçar Qelaşvilinin sözlərinə görə, Marneuli-Tbilisi istiqamətində hərəkət edən minivenlərin gediş haqqı artmayacaq. Çünki bütün maşınlar qazla işləyir.

“Bizim maşınlar qazla işləyir və əgər qazın qiyməti artarsa, gediş haqqı olduğu kimi, 3 lari qalacaq”, – Qelaşvili bildirdi.

27 mart tarixində, vətəndaşlar Gürcüstanda yanacağın qiymətinin artmasına etiraz ediblər. Onların tələbi yanacaqda aksiz vergisinin ləğv edilməsi və ƏDV-nin rejiminin dəyişdirilməsi idi. Aksiya iştirakçılarının sözlərinə görə, bu yanacağın qiymətinin 80-90 tetri ucuzlaşmasına səbəb olacaq. Vətəndaşlar Tbilisi, Kutaisi, Batumi və Ozurgetidə də yanacağın qiymətinin artmasına etiraz ediblər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google