Tamarisi kəndində şərabçı qadın tərəfindən davam etdirilən ailə ənənəsi
Şərabçı Sopo Bartkulaşvili dörd ildir ki, yaşamaq üçün Tbilisidən Marneuli bələdiyyəsinə, Tamarisi kəndinə köçüb. Qardaşı ilə bilrikdə öz həyətində becərdiyi üzümlə şərab hazırlamağa başlayıb. Bacı-qardaş Bartkulaşvililərin ailə zirzəmisində hazırlanmış şərabı “mələk töhfəsi” adlandırıblar. Ailə artıq bir neçə növ üzüm istehsal edir. Sopo deyir ki, şərabçılıqla yanaşı, qədim əşyalar da toplayır və Bartkulaşvililər mərənində, demək olar hər
künçdə qədim əşyalar yerləşdirilib.

Ailə əsasən qırmızı şərab istehsal edir. Ancaq onun sözlərinə görə, ötən il yerli üzümçülərdən də üzüm alıblar və bazara satış üçün ağ üzüm də çıxarıblar.

“Mən və ailəm Tbilisidən Marneuliyə köçməyə qərar verəndə, mənim yaxınlarım və dostlarım üçün bu şok idi. Dostlarım deyirdilər ki, Tbilisidə doğulub böyümüşəm, orada necə yaşayacağam. Hamı bu sualı verirdi. Əvvəl demək olar hər gün Tbilisiyə gedirdim və sonra artıq dostlarım buraya gəlməyə başladılar. Buraları xoşladılar və məkanı da bəyəndilər. İxtisasımdan irəli gələrək, həmişə istəmişəm ki, şəhərdən kənar evim və təsərrüfatım olsun. Düşünürdüm ki, təsərrüfata nəzarət etmək üçün şənbə-bazar oraya getmək kifayət edəcək. Ancaq indi buradayam və başa düşürəm ki, şənbə-bazar kifayət etmir. Xoşuma gəlir və burada olna həyatım məni qane edir. Biz əsasən qırmızı şəraba, Aladastura aksent etmişik. Sonra artıq gələn ildən düşünürük ki, başqa növlər də istehsal edək. Heç bir əlavə yoxdur və süzülməyib. Şərabı əsasən festivallarda yaxud internet vasitəsi ilə satırıq” – şərabçı bildirdi.

Sopo Bartkulaşvilinin sözlərinə görə, onun əcdadları hələ almanlar yaşayan zaman Tamarisidə məskunlaşıblarmış. O zaman kənd Taumberk adı ilə tanınırmış.

“Bizim bu kəndə gəlməyimiz babam Nikolozla əlaqədardır. Burada almanlar yaşayırmış, şərab zavodu var imiş və çəlləkçi lazım olub. Babam isə ixtisasca çəlləkçi idi və buradan irəli gələrək, buraya köçməli olub. Ev tikib və işləməyə başlayıb, çəllək düzəldimiş. Onun düzəltdiyi çəlləklərin bir qismi mərəndədir. Bizim yaşadığımız bu evi sonra atam tikdi. Yayda gəlirdik, sonra böyüyəndə bu evə bir status vermək istədik, burada daha çox vaxt keçirmək istəyirdik. Atam rəhmətə getdi və yəqin bu da mənə, qardaşıma təsir etdi ki, bu gün burada etdiyimiz iş barədə düşündük. Burada övladım, anam və qardaşımla birlikdə yaşayıram.”

Şərabçı-üzümçülər gələcəkdə, əmlakda olan torpaq sahəsində üzümçülük təsərrüfatı salmaq planlaşdırırlar ki, daha çox şərab istehsal etsinlər. Sopo deyir ki, planında ailə tipli mehmanxana düzəltmək də var.

Print ელ. ფოსტა
FaceBook Twitter Google