Marneulidə koronavirusa yoluxmuş xəstələri yalnız Aversi klinikasında müalicə edirlər
Marneulinin Aversi klinikasında dörd nəfər kovid xəstəsi müalicə alır. Klinikadan “Marneuli” radiosuna bildirdilər ki, son dövrdə virusa yoluxan xəstələrdə ölüm halları qeydə alınmayıb.

“Üç xəstə reanimasiya və bir xəstə isə müalicə şöbəsindədir. Koronaviusa yoluxmalar azalıb”, — Aversi klinikasından bildirdilər.

Marneuli bələdiyyəsində kovidə yoluxmuş xəstələri yalnız Aversi klinikası qəbul edir. Hibrid rejimdə işləyən digər tibb müəsisəsləri — “Adik”, “Geo Hospitals” və “Uşaq pediatriya klinikası” adi rejimə keçib, virusa yoluxmuş xəstələri qəbul etmirlər. Tibb müəssisələrindən bildirirlər ki, əgər virusa yoluxmuş xəstə gələrsə və xəstəxanaya yerləşdirilməsinə ehtiyac olarsa, Tbilsiiyə göndərirlər.

Gürcüstanda son 24 saat ərzində 450 nəfər kovidə yoluxub, 6 xəstə dünyasını dəyişib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google