Marneuli İctimai Kitabxanasında Beynəlxalq Uşaq Kitabı Günü qeyd olunub
Bu gün, 1 aprel tarixində Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar Marneuli İctimai Kitabxanasında uşaqlar üçün tədbir keçirilib. Tədbirdə kitabxana əməkdaşları uşaqlara tanınmış şair və nağılbaz Hans Kristian Andersenin nağıllarını oxuyublar. Körpələr qeyd olunan tədbiri bəyəndiklərini və bunun kimi tədbirlərin tez-tez keçirilməsini istədiklərini bildirdilər.

“Bu gün hər il 2 aprel tarixində qeyd olunur və simvolik olaraq
Hans Kristian Andersenin doğum gününə təsadüf edir. Bu gün dünyada qeyd olunur və biz də Beynəlxalq Uşaq Kitabı Gününə qoşuluruq. Bununla bağlı körpələri dəvət etmişik. Uşaqlar Andersenin nağıllarına əsasən animasiyaları da sayıblar. Tədbirin bir hissəsini Ukrayna nağıllarına həsr etdik. Ukraynalı uşaqlara həmrəyliyimizi və dəstəyimizi bildirdik, onları bu gün münasibəti ilə təbrik etdik”,
– İctimai Kitabxananın nümayəndəsi bildirdi.

“Bu gün “Çirkin ördək balasını” oxudular. Çox maraqlı nağıldır, mən istəyirəm, belə tədbirlər yenə olsun. Çünki uşaqlar nağıllarla yaxşı və pisi dərk edirlər, eləcə də necə yaxşılıq edilməsini başa düşürlər”, – İlia Qoqoçuri bildirdi.

2 aprel Beynəlxalq Uşaq Kitabı Günü 1967-ci ildən qeyd olunur və tanınmış şair və nağılbaz Hans Kristian Andersenin doğum gününə təsadüf edir.

Bu gün tanınmış şairlər, nağılbazlar və illüziyaçılar müxtəlif ölkələrə qonaq gedir, uşaqlarla görüşlər keçirir və kitabları təbliğ edirlər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google