Marneuli bələdiyyəsinin kəndlərinə suvarma suyunu bu gün verəcəklər
Marneuli bələdiyyəsinin Saimerlo kənd təsərrüfatlarında suvarma suyu probleminə görə, şitillər xarab olur. Yerli fermerlərin “Marneuli” radiosuna verdiyi məlumata görə, açıq torpaqda kələm şitillərini ötən həftə çıxarmalı idilər. Saimerlodan əlavə Tsereteli, Kürtlər, Baydar və digər ətraf kəndlərdə də su problemi var.

“Bir qismini neçə gün əvvəl çıxardım, ancaq suya görə, çox əziyyət çəkdim. İndi artıq vaxtında çıxarmasam,
şitillər xarab olacaq. Bahalı toxum səpmişəm, bu qədər pul xərcləmişəm, bunun istiliyini təmin etmək üçün gecələri səhərə kimi yatmamışam. Bu qədər zəhmətin puç olur. Su nə zaman olacaq, heç olmasa onu desinlər, bilim”,
– təsərrüfatçı deyir.

“Bütün qışı şitillərin becərilməsinə sərf edirik. Ümidimiz var ki, yazda şitilləri daha böyük sahəyə çıxaracağıq və becərəcəyik. Bir neçə gündür, su gözləyirik, bəlkə tez versinlər ki, bizim əməyimiz suya düşməsin”.

Gürcüstan Meliorasiya, Xram-Debet Marneuli Xidmət Mərkəzinin rəhbəri Aleksandr Şukakidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, suvarma suyu təmir işlərinə görə dayandırılıbmış və əhaliyə bu gündən su veriləcək.

“Dünən rəhbərliklə söhbətimiz oldu, bu gündən suvarma suyu olacaq. Kolagir kəndində bərpa işləri aparılırdı, ona görə dayandırmışdıq ki, təsərrüfatlara su verək”, – Şukakidze bildirdi.

Marneuli bələdiyyəsinin kəndlərində əhalinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğuldur və məhz indi tərəvəzın açıq torpağa çıxarılması prosesi aparılır. Buna görə də yerlilərə suvarma suyu lazımdır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google