Biznes ideya “Gürcüstanda istehsal et” proqramı çərçivəsində hansı mərhələlərdən keçir
4 aprel tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində “Gürcüstan Strategiya və İnkişaf Mərkəzi” qeyri-hökumət təşkilatının nümayəndələri yerli sahibkarlarla məlumat xarakterli görüş keçiriblər. “Gürcüstanda istehsal et” “Mikro və kiçik biznesə dəstək – 2022” dövlət proqramına başlayır. Proqramın məqsədi mikro və kiçik biznesin inkişafı, müasir sahibkarlıq təcrübəsinin tətbiq edilməsi, yeni iş yerlərinin yaradılması və yerli sakinlərinin gəlirinin artırılmasıdır.

“Gürcüstan Strategiya və
İnkişaf Mərkəzi” qeyri-hökumət təşkilatının nümayəndələrindən Mariam İmerlişvili “Marneuli” radiosuna bildirdi ki, onların məqsədi qrant imkanları və maliyyələşdirmənin yerli sakinlər üçün əlçatan olmasıdır. Onun sözlərinə görə, görüşün məqsədi əhalinin proqramla bağlı məlumatlandırılmasıdır.

“Gürcüstan Strategiya və İnkişaf Mərkəzi” qeyri-hökumət təşkilatının ev sahibliyi etdiyi əvvəlki görüş daha çox araşdırmaya istiqamətlənmişdi. Bizim məqsədimiz yerli sahibkarların ehtiyacını araşdırmaq və eləcə də yerli biznes mühitin qiymətləndirilməsi idi. Bugünkü görüşü məlumatlandırma kampaniyası çərçivəsində keçiririk, məqsədimiz maraqlanan şəxslərin “Gürcüstanda istehsal et” proqramı çərçivəsində mikro və kiçik biznesə dəstək barədə məlumatlandırılmasıdır. Onlara qeydiyyat prosesinin necə aparılması və onların biznes ideyasının qalib gələnə qədər hansı mərhələdən keçməsi barədə məlumat çatdırırıq”, – Mariam İmerlişvili bildirdi.

Layihə koordinatorunun sözlərinə görə, Kvemo Kartlidə görüşlər bir neçə bələdiyyədə keçirilib və Marneulidə bundan başqa bir görüş yenə keçiriləcək.

Mikro və kiçik biznesə dəstək proqramı 2022-ci ilin 21 mart tarixində başlayıb və ərizələrin qəbulu üç həftə davam edəcək.

Proqram çərçivəsində 300-dən artıq iqtisadi fəaliyyət, həmçinin, istehsal və xidmət sektorlarına dəstək göstərilib.

Həmçinin, sonrakı fəaliyyətlər prioritetdir:

- Yeni biznesə başlamaq
- Qadın sahibkarın biznesə başlaması/biznesin genişləndirilməsi
- Məcburi köçkün şəxslərin-qaçqınların biznesə başlaması/biznesin genişləndirilməsi
- Fiziki imkanları məhdud şəxslərin biznesə başlaması və mövcud biznesin genişləndirilməsi
- Kənddə/dağlıq kəndlərdə biznesə başlanılması/biznesin genişləndirilməsi
- Gənc (29 yaşa qədər) sahibkar subyektlərin biznesə başlaması və mövcud biznesin genişləndirilməsi
- İntelektual xidmətə istiqamətlənmiş layihələr
- Yerləşdirmə və turizm xidmətlərinə istiqamətlənmiş layihələr
- Yüksək inkluzivliyi olan sektora istiqamətlənmiş layihələr


Maddi dəstək potensial benefisiarlara məqsədli qrantların ayrılmasını nəzərdə tutur. Qrant maksimum 30 000 laridir (pilot regionlarda 40 000 lari).

Proqram bütün Gürcüstan ərazisində müxtəlif regionlarda həyata keçirilir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google