Qızlar arasında futbol üzrə dostluq turnirində Tsereteli ictimai məktəbinin komandası qalib gəlib
3 aprel tarixində, Marneuli bələdiyyəsində gənclərin təşəbbüsü ilə Mareti kənd stadionunda qızlar arasında futbol üzrə dostluq turniri keçirilib.

Yarışda Marneulinin 8 məktəbindən qızlar komandası iştirak edib. Marneuli Mülki Məşğulluq Mərkəzinin koordinatoru Mariam Samxaradze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, yarışın ideyası Maradisili gənclərə məxsusdur. Onun sözlərinə görə, birinci yerə Tsereteli kənd ictimai məktəbinin qızlardan ibarət
futbol komandası çıxıb. İkinci yeri Daştəpə, üçüncü yeri isə Dioqnisi ictimai məktəbinin komandası qazanıb.

“Mülki Məşğulluq Mərkəzi Kvemo Kartlidə BMT-nin Əhali Fondunun tərəfdaşıdır. Fondun gənclərin sosial dəyişikliklərə qoşulması üçün təşəbbüsü var. Bu təşəbbüsün məqsədi gender stereotipləri, sosial normaların dəyişdirilməsidir. Marneulidə gənclərə dörd günlük təlim keçdik, sonra onlar qruplara bölündülər. Biz hər qrupun təşəbbüsünü maliyyələşdiririk. Bu Maradisili gənclər komandasının təşəbbüsü idi. Öz məktəblərində qızlardan ibarət futbol komandası yaratmaq. Onların təşəbbüsü çərçivəsində bu yarış baş tutdu. Birinci yerin qalibinə kubok verildi. İkinci və üçüncü yerlərin qaliblərinə isə simvolik sertifikatlar və top hədiyyə edildi”, – Samxaradze bildirdi.

Mariamın sözlərinə görə, qeyd olunan tədbirdə Gürcüstan Futbol Federasiyasının qadınlar üzrə futbol meneceri Ketevan Kipiani də iştirak edib. Marneulili qızların futbol komandasının nümayəndələrinə Futbol Federasiyasının layihəsi çərçivəsində 15 yaşa qədər qızlar arasında turnirdə iştirak etməyi təklif ediblər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google