Gənc boksçuların Gürcüstan çempionatında Marneulili idmançılar da iştirak edirlər
Poti şəhərində gənc boksçular arasında 2022-ci ilin Gürcüstan çempionatı başlayıb. Çempionatda Marneuli İdman Məktəbinin yetirmələri də iştirak edirlər. Marneuli İdman Məktəbinin Mətbuat Xidmətindən “Marneuli” radiosuna bildirdilər ki, çempionatda 150-yə yaxın idmançı iştirak edir.

“Yarışda Gürcüstanın 25 şəhər və rayonunun boksçuları iştirak edir. Marneulidən isə 5 idmançı gedib. Onlar Əli Əhmədov, Cəlal Salahlı, Renat Bezalov, Əli Məmmədov və Qiorqi Qucecianidir”, – İdman Məktəbindən bildirdilər.

Gənc boksçular arasında Gürcüstan çempionatı 5 aprel tarixində başlayıb və 10 aprel tarixində başa çatacaq.

Print ელ. ფოსტა
FaceBook Twitter Google