Marneulidə “Qara Arxın” təmizlənməsinə gələn həftədən başlanılacaq – Meliorasiya Xidməti
“Qara Arx”-ın Marneuli şəhərinin Kostava küçəsindən keçən hissəsi yenə çirkli vəziyyətdədir. Yerli sakinlərin sözlərinə görə, su az miqdarda gəlir və çirkli arxın ərazisindən pis qoxu gəlir. Bu isə onlarda narahatçılıq yaradır.

“Bu problem burada həmişə olub, əhali zibili birbaşa suya atır. Bu da antisanitariyaya səbəb olur. Dəhşətli qoxu var, bizi narahat edir. Xahiş edirik, müvafiq qurumlar bu məsələni həll etsin”, – yerli sakin bildirdi.

Qeyd olunan kanalın nə zaman təmizlənəcəyi ilə bağlı Gürcüstan Meliorasiya Xidmətinin Xram-Debet Marneuli Servis Mərkəzinin rəhbəri Aleksandre Şukakidze “Marneuli” radiosuna məlumat verdi. O, qeyd etdi ki, təmizləmə işlərinə gələn həftədən başlanılacaq.

“Həmin kanalda bərpa işləri aparılır və təxminən, gələn həftə başa çatacaq. Bundan sonra təmizləmə işləri aparılacaq və adi rejimdə suyu da verəcəyik”, – Şukakidze bildirdi.

Marneuli əhalisinin bir qismi qeyd olunan kanaldan kənd təsərrüfatı üçün istifadə edir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google