Marneuli Bələdiyyə Məclisində “Akelik” tərəfindən xarab edilmiş yolların nə zaman düzələcəyini bilmirlər
Marneulinin şəhər mərkəzindən keçərək bazar ərazisinə gedə bəiləcəyin və ya Sadaxlı şossesinə keçmək üçün ən çox istifadə olunan yollarından biri Jordaniya küçəsidir. Yolun kənarında həyət evləri və ticarət obyektləri var. Ərazidən dəmir yolu keçir. Marneulidə yarımçıq qalmış kanalizasiya layihəsi artıq iki ildir ki, yolları sıradan çıxmış vəziyyətdə qoyub. Maşınlar yolun bir kənarında qalmış asfalt yolu bir-birinə güzəştə getməməyə çalışırlar. Əks halda maşını dərin çuxurlardan keçirməli olursan. Rövşən Qəhrəmanov Jordaniya küçəsindəki döngələrdən birində yaşayır. O, bildirir ki, sıradan çıxmış yolların problemi, su təchizatı-kanalizasiya sisteminin tikintisi zamanı daha da pisləşib.

“30 ildən artıqdır ki, burada yaşayıram. İçməli su boruları dəyişdirilməyib, su həftədə bir dəfə palçıqlı gəlir və bəzən heç bir dəfə də gəlmir. Yağışlı havada həyətdən bayıra çıxanda həmişə palçığa batırıq. Günəş olanda isə dəhşətli toz olur, bu vəziyyət bizi narahat edir. Nə zaman başa çatacaq, bilmirik”, - Qəhrəmanov bildirdi.

Artyom Qevorqizov mağaza açıb. O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, yolun bir hissəsi xarab olmuş asfaltdır, digər hissəsinə isə çınqıl tökülüb. Bu isə avtomobillərə və piyadalara narahatçılıq yaradır.

“Yolun yarısını qazdılar, buradan boru çəkməyə başladılar, sonra isə həmin qazılmış tərəfə çınqıl tökdülər. Bir hissəsində asfalt qaldı, ancaq dar hissədir. Bir dəfə maşın keçirdi, təkərin altından daş çıxdı, mağazamın qapısına dəydi, şüşə sındı. Bu ziyanı kim ödəyəcək, yaxud ümumiyyətlə bu yolu təmir edəcəklərmi”, - Artyom Qevorqizov bildirdi.

Üç ildən artıqdır ki, Marneulidə su təchizatı-kanalizasiya sisteminin tikintisinə başlanılıb. Layihə bir neçə aydır dayandırılıb. Layihəni həyata keçirən şirkət razılaşma şərtlərini pozub. Marneulidə başa çatmamış su təchizatı sistemi məsələsini bu gün Bələdiyyə Məclisinin bu gün baş tutan iclasında VMH-ın üzvü Laşa Kveladze yenidən qaldırdı və Bələdiyyə Məclisi sədrinə qeyd olunan layihənin nə zaman başa çatacağı ilə bağlı sualla müraciət etdi. Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze bildirdi ki, indiki mərhələdə məhkəmə prosesi aparıır və bundan sonra layihənin nə zaman başa çatacağı məlum olacaq.

“Bu məsələ ilə bağlı dəfələrlə söhbətimiz olub. Akelik su və kanalizasiyanın qurulması işlərinə başladı. İşin yarısını yerinə yetirdilər və dayandırdılar. Bu təşkilatla bağlı araşdırma aparılır, iş məhkəməyə göndərilib. Bu işləri davam etdirəcək şirkət olan halda tenderin elan edilməsi istisna deyil. Yaxud ehtimal var ki, yenidən Akelik özü işləri tamamlasın. Bu mövzu məhkəmə prosesindədir. Bələdiyyə bu layihə üçün hələ pul ayıra bilməz, asflat çəkilə bilməz. Çünki su və kanalizasiya sistemi qaydaya salınmalıdır. Ona qədər oraya asflat qatı çəkilməsi düzgün olmaz. Çünki sonra yenidən örtülməlidir, bu prosesə bölgə və mərkəzi quberniya qoşulub”, - Qiorqadze bildirdi.

Asiya İnkişaf Bankı su təchizatı-kanalizasiya sisteminin tikilməsi layihəsinə "Şəhər xidmətinin yaxşılaşdırılmasına investisiya qoyulması" proqramı çərçivəsində 55 940 022 dollar ayırıb. Tikinti işlərini Azərbaycan şirkəti “Akelik Group” həyata keçirirdi.

Print ელ. ფოსტა
FaceBook Twitter Google