Gülgün Məmmədxanovanın ideyası müsabiqədə finala yüksəldi

Big Idea Challenge - video müsabiqəsi gənclərə ideyalarını həyata keçirməkdə kömək edir. Marneulili Gülgün Məmmədxanovanın ideyası həmin müsabiqənin final mərhələsinə keçib.

Gülgünün “Marneuli” radiosuna bildirdiyinə görə, onun ideyası gürcü dilinin tədrisi və populyarlaşdırılması ilə bağlıdır. Bu ideya Gürcüstanda yaşayan etnik azlıqların gürcü dilini öyrənməsinə dəstək olacaq.

"Sosial şəbəkədə belə müsabiqə haqqında məlumat oxudum. Bu Böyük Britaniya Şurası tərəfindən keçirilir və gənclər üçündür. Kimin ideyası var və həyata keçirmək istəyirsə, maddi dəstəyə ehtiyacı varsa, qoşula bilər. Biz müsabiqəyə ideyamızı təqdim etdik. Gürcüstandan ümumilikdə 9 ideyanı finala seçiblər. Mariam Qori bələdiyyəsindəndir və gənc işçidir. Mən isə Marneuli bələdiyyəsindənəm. Mariamla mənim ideyam belədir: Biz gürcü dili tədrisi platforması yaradırıq və orada gürcü dili müəllimlərini, hədəf auditoriyanı, etnik azərbaycanlı, erməni əhalini əlaqələndirəcəyik. Eləcə də, gürcüdilli adamlar da müəllim kimi platformada qeydiyyatdan keçəcəklər və maraqlanan şəxslərə gürcü dilini tədris edəcəklər", – Gülgün bildirdi.

Gülgün Məmmədxanova və Mariam İspirianinin ideyası qalib gələrsə, 3000 funt sterlinqə qədər pul əldə edəcəklər. Gülgün "Marneuli" radiosuna bildirdi ki, dəstəkçilər müsabiqədə iştirak edənlərə sosial şəbəkə vasitəsi ilə səs verə bilərlər.

“Video-pich” müsabiqəsi Idea Challenge proqramında iştirak edən ölkə gənclərinə öz innovativ başlanğıclarını yaratmaq və dünyaya tanıtmaq şəraiti yaradır. Müsabiqə üç kateqoriyada keçirilir: sosial təsir, yaradıcılıq, rəqəmsal texnologiyalar.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google