Futbol üzrə həvəskarlar liqasında Marneulini Tsereteli komandası təmsil edəcək
8 iyul tarixində, bələdiyyə səviyyəsində keçirilən futbol üzrə “həvəskarlar liqasının” birinci mərhələsində, finalda Tsereteli komandası Tamarisinin həvəskarlar komandasını 2:1 hesabı ilə məğlub edib və Kvemo Kartli regionu üzrə yarışlara qatılmaq hüququ qazanıb. Görüş Tseretelinin futbol stadionunda keçirilib. Qalib komandanın nümayəndəsi “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, region oyunları iyulun sonunda başlayacaq.

Gürcüstan miqyasına 2022-ci il həvəskarlar kuboku Gürcüstan Futbol Assosiasiyası və Gürcüstan Futbol Federasiyasının təşəbbüsü ilə, Gürcüstan Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinin tərəfdaşlığı ilə keçirilir.

“Həvəskarlar liqası” bütün ölkə miqyasında keçirilən həvəskar futbol çempionatıdır və UEFA tərəfindən tanınıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google