“Niqvziani, Tsintskaro və digər çox sayda məscidin bağlanmasına görə sizi bağışlamamışam” – Tariel Nakaidze
4 aprel tarixində Parlamentin müstəqil üzvü Tariel Nakaidze plenar iclasa Mamed Abaşidzenin şəkli olan köynəklə gedib. O, Parlament üzvləri qarşısında çıxışı zamanı qeyd edib ki, Gürcüstanda dini-etnik azlıqları təmsil edən və Gürcüstanın birliyində öz töhfəsini vermiş soydaşlarını daim diqqətə yetirəcək.

“Bu gün mənim köynəyimdə böyük gürcü soydaşımız, Gürcüstanın bütövlüyü uğrunda mübarizə aparmış Mamed Abaşidzenin şəkli təsvir olunub. Mən hər sessiyada siyasi çıxışım olan zaman mütləq sizə, komandanıza Gürcüstanın dini-etnik azlıqlarını təmsil edən, Gürcüstan vahidliyində öz töhfəsini vermiş soydaşlarımız haqqında xatırladacağam.

Gürcüstan əhalisi Rusiya qanunu geri çəkdirdikdən sonra bütün dövlət təfəkkürünü itirdiniz, arqumentsiz bütün fərqli düşüncəsi olan adamlara hücum edirsiniz. Əhalini qorxutmağa çalışırsınız. Amma bu həqiqətən alınmayacaq. Gürcüstanda yaşayan azlıqlar sizə bütün platformalarda layiqli cavab verəcəklər. Siz regionlar, hələ ki, Acarıstanı küncə qoya bilməzsiniz. Ancaq Gürcüstan əhalisi sizin hakimiyyəti artıq küncə qoyub və tezliklə bitirəcək.



Kobaxidze, Mdinaradze, Subarinin üçlüyü ötən həftə məni qaralamağa cəhd göstərdi. Sən demə ağır reputasiyası, problemli keçmişi ola biriyəm. Demək istəyirəm ki, sizin üçün həqiqətən də problemliyəm. Çünki Çeli minarəsini uçurmağı sizə bağışlamadım, siz geri qaytardım Niqvziani, Tsintskaro və başqa çox məscidlərin bağlanmasına görə sizi bağışlamadım, Batuminin yeni məscidinin tikintisinə mane ola bilmədiniz.

Mənasız siyasətinizlə diqqəti azlıqlara yönləndirmək istəyirsiniz. Buna aydın nümunələrdən biri gənc fəal Lazare Qriqoriadisdir. Onu xarici görünüşü, fərqli düşüncəsinə görə çirkin siyasətə sürükləmək istəyirsiniz və xalqda ona qarşı mənfi fikir yaratmağa çalışırsınız. Ksenofobiya və homofobiya alətləri ilə siyasi xal qazanmağa cəhd edirsiniz, ancaq bu alınmayacaq. Unutmayın, Gürcüstanın gənc nəsli bu ölkənin layiqli gələcəyidir və onların səsini batırmağa sizə imkan verməyəcəyəm.

Baxmayaraq ki, mən bu gün burada işğal xəttində oturmalı oluram, qorxmuram və Gürcüstan azlıqlarının səsi olmaq üçün hər şey edərəm. Bu səsi heç bir çirkli kampaniya yox edə bilməz, çünki bizim vətəndaşlarımız tarixin düzgün tərəfində dayanmağı, həqiqət, gələcək, Qərb perspektivi üçün sadiqliyi çox yaxşı bilirlər”,
– Nakaidze çıxışı zamanı bildirib.

Qeyd edək ki, 23 mart tarixində Parlament çoxluğunun üzvü Viktor Caparidze deputat Tariel Nakaidzenin çiyninə mikrofonla vurub. “Gürcü Arzusunun” üzvü Levan Mqaloblişvili də Tariel Nakaidzeyə mikrofon atıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები