İstintaq xidməti “Aptek narkomanlığı” faktları aşkarlanıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti “aptek narkomanlığı” faktlarının aşkar edilməsi məqsədilə fəal əməliyyat-istintaq fəaliyyətini davam etdirir.

Agentliyin məlumatına görə, mayın əvvəlində Tbilisi üzrə aparılan kompleks tədbirlər nəticəsində qanun pozuntusu ilə fəaliyyət göstərən 17 aptek müəyyən edilib.

“Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində adıçəkilən aptek müəssisələrinin fəaliyyətləri üçün zəruri icazə sənədlərinin olmadığı, onlardan müxtəlif adda və xüsusi nəzarətdə olan psixotrop vasitələrin reseptsiz satıldığı müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda psixotrop dərman vasitələri, onların satışından əldə edilmiş pul vəsaitləri, məlumat və sənədləri özündə əks etdirən kompüter avadanlığı aşkar edilərək götürülüb.

İstintaq Xidmətindən verilən məlumata görə, müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Sözügedən cinayət Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”,
- dərc olunan məlumatda qeyd olunur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google