Azadlıq sevgisi ilə bütün Marneuli bayram edir – Zaur Darğallı 26 may tədbirində
“Bu ilki mesaj belədir- “Azadlıq sevgisi ilə” və həqiqətən də bu gün azadlıq sevgisi ilə bütün Marneuli bayram edir”, – Parlamentin deputatı Zaur Darğallı “Maneuli” radiosu ilə söhbəti zamanı bildirib. Zaur Darğallı bu gün, 26 may tarixində, Marneuli yerli özünüidarəsinin rəhbərliyi ilə birlikdə Müstəqillik Günü tədbirində iştirak edib.

Bu gün, 26 may tarixində Gürcüstanda Müstəqillik Günü
qeyd olunur. Marneulidə də başqa bələdiyyələr kimi Müstəqillik Günü qeyd tədbiri keçirilib. Tədbir "Yenə də böyüyəcəklər" abidəsinin ərazisindəki parkda saat 14:00-da başlayıb.

“Mən çox sevinirəm ki, Marneulidə hər il Müstəqillik Gününə həsr edilmiş belə genişmiqyaslı tədbirlər keçirilir. Bu ilki mesaj belədir – “Azadlıq sevgisi ilə” və həqiqətən bu gün azadlıq sevgisi ilə bütün Marneuli bayram edir. Bu gün bütün Gürcüstan bayram edir. Bu bütün vətəndaşlar üçün mühüm gündür və siz bilirsiniz ki, Marneuli etnik, dini azlıqların yaşadığı regiondur. Marneuli Gürcüstanın rəngarəngliyini dəqiq əks etdirir və bu rəngarənglik də azadlıq deməkdir, bu rəngarənglik bizim müstəqilliyimizi gücləndirir. Hamını bir daha təbrik edirəm, onlara azadlıq, müstəqillik arzu edirəm”, – Zaur Darğallı bildirib.

Marneuldə 26 may konsertində yerli mahnılar və rəqs qrupları, dəvət olunmuş müğənnilər iştirak ediblər.


Qeyd edək ki, 1918-ci ilin 26 may tarixində Gürcüstan Milli Şurası dövlət müstəqillik aktını qəbul edib. Noe Jordaniyanın rəhbərliyi ilə ilk demokratik respublika Sovet tərəfindən işğala qədər, iki il ərzində mövcud idi. Həmin dövrdə Gürcüstan müstəqilliyi aparıcı Avropa ölkələri tərəfindən tanınırdı. Müstəqillik 70 ildən sonra, 1991-ci ildə 9 aprel tarixində bərpa olunub.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« ოქტომბერი 2024 »»
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 123