Verxviani və Böyük Bəylərdə yollara çınqıl töküləcək
Marneuli bələdiyyəsinin Verxviani və Böyük Bəylər kəndlərində yollara çınqıl töküləcək. Layihə kəndə dəstək proqramı çərçivəsində həyata keçirilir.

Yerli özünüidarəyə iki kənddə yollara çınqıl tökülməsi işləri üçün smeta sənədlərinin alınması 20 000 lariyə başa gəlib və birbaşa qaydada "GMG Construction" MMC ilə müqavilə bağlayıb.

Tenderin izahatnaməsində qeyd olunub ki, 2022-ci ildə kəndə dəstək proqramı çərçivəsində dəstəklənmiş layihələr nə Verxvianidə, nə də Böyük Bəylərdə həyata keçirilməyib. Səbəb isə konkret qeyd olunmayıb.

"Cənab Kənan, xatırladaq ki, müəyyən obyektiv səbəblərə görə, 2022-ci ildə yerli əhali tərəfindən seçilmiş kənd layihələri həyata keçirilmədi. Sizə kənd toplantısının protokolunu təqdim edirik. Protokola görə, ayrılmış vəsaitlə əhali tərəfindən prioritet layihə olaraq yollara çınqıl tökülməsi qeyd olunub",
– izahatnamədə qeyd olunub.

Marneuli miqyasında kəndə dəstək proqramı çərçivəsində ümumi kənd toplantıları və əhali ilə məsləhətləşmələr 1-15 fevral tarixlərində aparılırdı. Gürcüstanın Regionlarda həyata keçiriləcək layihələr fondundan kəndə dəstək proqramına 2023-cü ildə 1 232000 lari ayrılıb. Kəndlərdə vəsait əhalinin sayına görə bölünüb. Minimal məbləğ 10000, maksimum məbləğ isə 20 000 laridir.


Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები
“Bizə məktəbdən bildirdilər ki, 29 aprel tarixində
Tbilisidə keçirilən aksiyaya gediləcək”, - Bu barədə
kimliyinin gizli qalmasını istəyən Marneulinin kəndlərindən birində
işləyən müəllim bildirdi.
16:53 / 26.04.2024