Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ötən dövr ərzində
həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq
hərəkətləri nəticəsində Tbilisi və rayonlarda qanunsuz dövriyyədə
olan silah-sursat aşkar edilərək götürülüb.
Məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Onların məlumatına görə, qanunsuz olaraq odlu silah və döyüş
sursatı əldə etmək, saxlamaq və gəzdirmək ittihamı ilə 15 nəfər
saxlanılıb.
Qurumdan verilən məlumata görə,
cinayət 3 ildən 7 ilə qədər
azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin baş
idarəsinin xüsusi mühüm işlər üzrə bölməsi və həmin baş idarənin
əməliyyat-axtarış bölməsi əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış və istintaq tədbirləri hüquq-mühafizə
orqanlarının əməkdaşları Q.Q.-nin yaşadığı ünvana baxış zamanı
maddi sübut kimi avtomat silah, səsboğucu, ağızlıq və 23 ədəd
patron götürüblər.
Birgə tədbirlər nəticəsində Tbilisi Polis İdarəsinin Baş İstintaq
Bölməsinin və Baş Əməliyyat Bölməsinin əməkdaşları, 2000-ci il
təvəllüdlü M.K. qanunsuz olaraq odlu silah-sursat
almaq-saxlamaq-daşıma ittihamı ilə saxlanılıb. Polis əməkdaşları
M.K.-nın üzərində şəxsi axtarış nəticəsində maddi sübut kimi 1 ədəd
atəş tapançası, 1 ədəd ağızlıq və 16 ədəd patron götürüblər.
Quriya Polis İdarəsinin Özurgeti rayon şöbəsinin əməkdaşları
tərəfindən 1964-cü il təvəllüdlü K.B. həbs edilib, evinə baxış
zamanı maddi sübut kimi 2 ədəd odlu silah, 4 ədəd ağızlıq və 35
ədəd patron götürülüb.
Kvemo Kartli Polis İdarəsinin Marneuli rayon şöbəsinin əməkdaşları
tərəfindən 2004-cü il təvəllüdlü A.M. saxlanılıb. Hüquq-mühafizə
orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərindən şəxsi
yoxlama nəticəsində maddi sübut kimi 1 ədəd atəş tapançası və 5
ədəd patron götürüblər.
Acarıstan Polis İdarəsinin Batumi şəhər şöbəsinin əməkdaşları,
əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü N.A.-nın mənzilinə
baxış nəticəsində 1 ədəd avtomat odlu silah və 30 ədəd patron maddi
sübut kimi götürüblər.
Kaxeti Polis İdarəsinin Saqareco, Kvareli və Gurcaani regional
bölmələrinin əməkdaşları müxtəlif vaxtlarda keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində 3 nəfəri saxlayıblar.
Polis 1993-cü il təvəllüdlü N.S.-nin evinə və yardımçı anbarlarına
baxış zamanı maddi sübut kimi 4 əl qumbarası və 5 partlayıcı maddə
götürüb. 1991-ci il təvəllüdlü V.O.-nun evinə baxış zamanı avtomat
odlu silah maddi sübut kimi götürülüb. Və polis əməkdaşları 1967-ci
il təvəllüdlü Q.N.-nin yaşadığı ünvana baxış keçirərkən oradan
mişarlanmış ov tüfəngi və 5 ədəd patron götürüblər.
İmereti, Tsageri, Terjoli, Zestafoni rayon bölmələrinin və Kutaisi
şəhər bölməsinin Raça-Leçxumi və Kvemo Svaneti polis bölmələrinin
əməkdaşları müxtəlif vaxtlarda keçirdikləri əməliyyat tədbirləri və
istintaq hərəkətləri nəticəsində 4 nəfəri saxlayıblar.
Müxtəlif vaxtlarda həyata keçirilmiş əməliyyat tədbirləri və
istintaq hərəkətləri nəticəsində Sameqrelo Zemo-Svaneti Polis
İdarəsinin Mestia regional bölməsinin əməkdaşları 3 nəfəri
saxlayıblar. Onlar qanunsuz olaraq odlu silah və döyüş
sursatlarının əldə edilməsi-saxlanması-daşımasında ittiham olunaraq
saxlanılıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları
təqsirləndirilən şəxslərin şəxsi, avtomobilinə və yaşayış evlərinə
baxış nəticəsində maddi sübut kimi 3 ədəd avtomat, 3 ədəd mərmi, 2
ədəd tüfəng, 1 ədəd avtomat və 93 ədəd patron götürüblər.
Odlu silah və döyüş sursatlarının qanunsuz alınması, saxlanması və
aparılması faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı
maddəsinin 3-cü və 4-cü hissələri ilə istintaq
aparılır”, - Daxili İşlər Nazirliyinin yaydığı
məlumatda qeyd olunur.