Beynəlxalq axtarışda olan daha şəxsin Gürcüstandan Azərbaycana
ekstradisiyası təmin edilib.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Baş prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş
Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi
yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli
Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası
vətəndaşı Rzayev Namiq İbrahim oğlunun ekstradisiyası haqqında
qərar qəbul
olunub.
Belə ki, Bakı şəhəri Nərimanov rayon prokurorluğunda ibtidai
istintaq edilən cinayət işi üzrə Namiq Rzayevin öz qulluq
mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla
törədilən mənimsəmə cinayətini törətməsinə əsaslı şübhələr müəyyən
edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə
haqqında qərar qəbul edilərək beynəlxalq axtarışa verilib.
Namiq Rzayev Gürcüstanın ərazisində saxlanılaraq dekabrın 11-də
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti
ilə Azərbaycana gətirilib.