Kaxetidə məhkəmə nənəsinə qarşı cinsi xarakterli hərəkətlər etməkdə təqsirləndirilən şəxsə bəraət verib
Telavi Rayon Məhkəməsi nənəsinə qarşı cinsi təcavüzdə təqsirləndirilən şəxsi günahsız hesab edib.

Yerli media təqsirləndirilən şəxsin vəkilinin şərhini yayıb. Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxsə qarşı heç bir sübut yoxdur və hakim ədalətli qərar çıxarıb.

“Qərar ədalətli və düzgündür, çünki müvəkkilimə qarşı sübutlar yetərli deyildi. Zərərçəkmiş ölüb, lakin onun ifadəsi iclasda oxunub”, - vəkil bildirib.

Zərərçəkmiş
kimi tanınan qadın işin gedişi zamanı dünyasını dəyişib.

Gənc aprelin 22-də saxlanılıb. İstintaqın məlumatına görə, müttəhim fiziki zorakılıq və zorakılıq hədələri ilə nənəsinə qarşı sistemli şəkildə cinsi hərəkətlər edib. Nəvə cinayəti ört-basdır etmək üçün nənəsini ölümlə hədələyərək yataq otağına kilidləyib.

Hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 7 ildən 10 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 11 prima, 138 və 143-cü maddələri əsasında aparılıb.

Təqsirləndirilən şəxsin psixi sağlamlığının yoxlanılması məqsədilə psixiatrik ekspertiza da keçirilib.

Prokurorluq birinci instansiya məhkəməsinin qərarından apellyasiya məhkəməsinə şikayət verəcək.

Mənbə: Publika
Print ელ. ფოსტა
FaceBook Twitter Google