Rumınyada gürcü dənizçi gəmidən düşüb və su axını onu aparıb
Rumınyada gürcü dənizçi gəmidən düşüb və su axını onu aparıb. Bu barədə Gürcüstan Dəniz Nəqliyyat Agentliyi məlumatı təsdiq edib.

Məlumata görə, hadisə 13 dekabr tarixində baş verib və dənizçinin axtarış əməliyyatı hələ də davam etdirilir.

“Gürcüstan Dəniz Nəqliyyat Agentliyinə verilən məlumata görə, gürcü dənizçi sahildən 60 dəniz mili aralıda, Konstanta limanının kənarında dayanan gəmidən yıxılıb.

Bizdə olan məlumata görə, ekipaj öz gücü ilə ona yardım göstərməyə açlışıb, ona xilasedici həlqə atsalar da su axını dənizçini aparıb, onu xilas edə bilməyiblər.

Gürcüstanın Rumınyadakı Konsulundan və Rumınya dəniz axtarış-xilasetmə xidmətindən alınan məlumata görə, gəminin kapitanı baş vermiş hadisə haqqında dərhal müvafiq xidmətlərə, yaxındakı gəmilərə məlumat verib. Təcili surətdə xilasetmə əməliyyatına başlanılıb. Əməliyyat 13 dekabr tarixində bütün gün ərzində davam etdirilib. Dənizçinin axtarış əməliyyatı bu gün, 14 dekabr tarixində də yenilənib və hələ də davam etdirilir”
- Gürcüstan Dəniz Nəqliyyat Agentliyinin məlumatında deyilir.

Mənbə: Tabula
Print ელ. ფოსტა
FaceBook Twitter Google