Dekabrın 15-də Rustaveli prospekti və ətraf küçələr bağlı olacaq
Tbilisi meriyasının yaydığı məlumata görə, Yeni il tədbirlərinə hazırlıq işləri zamanı dekabrın 15-də Rustaveli prospekti və onun ətraf küçələri müvəqqəti bağlanacaq.

Dekabrın 15-də Rustaveli prospektində Yeni il yolkasının işıqlandırılması və Yeni il kəndinin açılışı nəzərdə tutulub.

Agentliyin məlumatına görə:

14 dekabr saat 09:00-dan 16 dekabr saat 02:00-a kimi:

Rustaveli prospektində, Parlament binasının qarşısında ictimai nəqliyyat
üçün nəzərdə tutulan hər iki zolaq bağlanacaq;
Lesia Ukrainka və Arçil Jorjadze küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq və parklanma zonası da azad ediləcək;

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google