Gürcüstana xaricdən pulköçürmələrin həcmi artıb
Bu ilin 11 ayı ərzində Gürcüstana pulköçürmələrin həcmi 3 milyard 814 milyon 800 min dollar təşkil edib.

Bu, ötən illə müqayisədə 6,2 faiz çoxdur.

Məlumata görə, Rusiyadan ənənəvi köçürmənin məbləği bir milyard 452 milyon 800 min dollar olub. Bu isə ümumi məbləğin 38,1 faizini təşkil edib.

Bildirilib ki, hesabat dövründə Gürcüstandan xaricə 321 milyon 900 min dollar köçürmə edilib. Bu da ötənilki göstəricidən 3,9 faiz yüksəkdir.

Mənbə: report.az

Print ელ. ფოსტა
FaceBook Twitter Google