İki ildən sonra Tbilisinin səması tam şəkildə qorunacaq
Gürcüstanın Müdafiə Nazirliyi iki ildən sonra Tbilisi səmasının Hava Hücumundan Müdafiə elementləri ilə tam mühafizəsini təmin edə biləcək.

Bunu ölkənin müdafiə naziri Cuanşer Burçuladze bildirib.

“Artıq başa çatmış satınalmalar nəticəsində iki ildən sonra Tbilisinin səması strateji obyektlər, aeroportlar, hərbi bazalar və s. tamamilə qorunacaq. Gürcüstanda bu heç vaxt olmayıb və biz buna nail olacağıq”,
- o qeyd edib.

Mənbə: report.az

Print ელ. ფოსტა
FaceBook Twitter Google