Qərb Ukraynadakı aqressiv məqsədlərindən əl çəkmir, lakin də biz
xüsusi hərbi əməliyyatla bağlı məqsədlərimizdən vaz keçmək fikrində
deyilik, - Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin
geniş iclasında deyib.
"Qərb Rusiyanın çəkindirmə strategiyasından və Ukraynadakı aqressiv
məqsədlərindən əl çəkmir, lakin biz də xüsusi hərbi əməliyyatın
məqsədlərindən əl çəkməyəcəyik", - Putin bildirib.
Onun sözlərinə görə, “xüsusi əməliyyat” zamanı bir sıra problemlər
aşkarlanıb, o cümlədən rabitə sisteminin bərpası və müasir
kəşfiyyat texnologiyalarından daha səmərəli istifadə edilməsi
zərurəti var.
“Xüsusi əməliyyat problemləri üzə çıxardı, ona görə də rabitə
sisteminin ciddi şəkildə yenidən qurulmasına, müasir kəşfiyyat
vasitələrindən daha səmərəli istifadəyə, süni peyklərimizin təkcə
xüsusi əməliyyat zonasında deyil, qlobal miqyasda imkanlarının
artırılmasına ehtiyac var”, - Putin bildirib.