AYNA: “Qırmızı Körpü” gömrük postunda 827 avtomobil gözləyir"
Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 827 avtomobil gözləyir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) xəbər verir.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 4, “Biləsuvar” gömrük postunda 65, “Qırmızı Körpü” gömrük postunda 827, “Mazımqara” gömrük postunda 53, “Samur” gömrük postunda 28 və “Xanoba” gömrük postunda 7 yük maşını var.

AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.

Mənbə: report.az

Print ელ. ფოსტა
FaceBook Twitter Google