Azərbaycan və Gürcüstan bərpa olunan enerji sahəsində əməkdaşlıq edə bilər
Azərbaycan və Gürcüstan arasında bərpa olunan enerji sahəsində mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə (AREA) istinadən verdiyi məlumata görə, bu barədə AREA-nın direktor müavini Kamran Hüseynov və Gürcüstanın Enerji İnkişafı Fondunun (GEDF) direktoru Caba Xmaladzenin iştirakı ilə keçirilən onlayn görüş zamanı müzakirə edilib.

Bildirilir ki, iki ölkə arasında hökumət tərəfindən investorların cəlb edilməsi üzrə qarşılıqlı bilik və təcrübə mübadiləsi müzakirə edilib.

Görüşdə iki ölkənin bərpa olunan enerji layihələri, bu istiqamətdə dövlət tərəfindən dəstək mexanizmləri barədə məlumat verilib.

Mənbə: report.az

Print ელ. ფოსტა
FaceBook Twitter Google