Gürcüstan prezidenti səfirlərin illik konfransına dəvət edilməyib
Gürcüstan Prezidenti Salome Zurabişvili “səfir konfransı”na – Gürcüstanın diplomatik nümayəndəlikləri və konsulluq idarələri rəhbərlərinin illik görüşünə dəvət almayıb.

Gürcüstan prezidentinin administrasiyasına istinadən verdiyi məlumata görə, “Gürcüstan Avropa İttifaqına namizəd ölkədir” şüarı altında keçirilən səfirlərin hazırkı konfransını baş nazir İrakli Qaribaşvili və xarici işlər naziri İliya Darçiaşvili açıblar.


Ötən il Zurabişvili də “protokolu kobud şəkildə pozduğuna
görə” konfransda iştirak etməmişdi.

Qeyd edək ki, Zurabişvilinin hakim “Gürcü Arzusu” partiyasının hərəkətlərini, xüsusən də onun Rusiya Federasiyasına münasibətini tez-tez tənqid etməsi son aylarda Gürcüstan hakimiyyəti ilə prezident arasında münasibətlərin pisləşməsinə səbəb olub.

Mənbə: apa.az

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები