Tbilisi meri və “Gürcü arzusu”nun baş katibi Kaxa Kaladze bildirib
ki, o, Gürcüstanda mümkün qədər çox Bidzina İvanişvilinin olmasını
arzulayır.
Jurnalistlər Kaladzeyə “Bloomberg”in hesabatlarına görə Bidzina
İvanişvilinin əmlakının dəyərinin rekord həddə çatdığını və 2023-cü
ildə 950 milyard dollar artdığı haqda soruşublar.
“Bidzina İvanişvilinin Gürcüstanda heç vaxt biznesi olmayıb.
Gürcüstanda o, yalnız xeyriyyəçiliklə məşğul olub və hələ də
məşğuldur. Müxtəlif istiqamətlərdə bir çox layihələr həyata
keçirilir, xeyriyyəçilik üçün neçə milyard dollar xərcləndiyi
barədə rəsmi məlumat tapa bilərsiniz. Mən sadəcə arzulayırdım ki,
ölkədə mümkün qədər çox Bidzina İvanişvili olsun ki, belə
dəstəkləyici və xeyriyyə layihələri həyata
keçirilsin”, - Kaladze bildirib.
Dekabrın 24-də yenilənmiş məlumatlara görə, İvanişvilinin əmlakı
6,55 milyard dollar dəyərində qiymətləndirilir ki, bu da
“Bloomberg” agentliyinin 2013-cü ildə İvanişvilinin əmlakının
statistikasını dərc etməyə başlamasından bəri ən yüksək
göstəricidir.