TBC Bankın Tbilisidəki filialına maskalı şəxs hücum edib
Yanvarın 3-də “TBC Bank”ın filiallarından birində hücum olunub – maskalı şəxs bankın Saburtaloda yerləşən filialına daxil olub.  Hazırda həmin  şəxsi axtarırlar.

TBC Bankdan “Netqazet”ə verilən məlumata görə, maskalı şəxs içəri daxil olduqdan dərhal sonra filialın əməkdaşlarından biri həyəcan təbili çalmağa müvəffəq olub, bundan sonra həmin şəxs soyğunçuluğa nail ola bilməyib və qaçıb. Hücum iş saatlarında baş verib - müştərilər də bankda olublar.

Daxili İşlər Nazirliyindən “Netgazet”ə verilən məlumata görə, hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 178 və 236-cı maddələri ilə araşdırma başlanılıb.

Mənbə: Netgazeti

Print ელ. ფოსტა
FaceBook Twitter Google