Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Marneulidə Gürcüstan
tarixində müstəqilliyin bərpası aktına imza atmış yeganə
azərbaycanlı veteran deputat Akif Həsənovla görüşüb.
Görüş 30 dekabr tarixində baş tutub.
Səfir Faiq Quliyev soydaşımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü münasibətilə təbrik edib.
Azərbaycan və gürcü xalqlarının müstəqillik mübarizəsindən danışan
səfir deyib ki, bizim xalqlarımız eyni tarixi prosesləri
yaşayıblar. İlk dəfə dövlət
müstəqilliyimiz də 1918-ci ildə
Tbilisidə elan olunub. Müstəqilliyimizin bərpasından sonra da
xalqlarımız eyni taleyi yaşayıblar. Azərbaycan və gürcü xalqları
azadlıq və müstəqillik uğrunda fəal mübarizə aparıblar.
Diplomat deyib ki, Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə
qayıtdıqdan sonra bir sıra mühüm addımlar atıb. Bu addımlardan biri
də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis olunmasıdır.
Bu gün dünya azərbaycanlıları, o cümlədən Gürcüstanda yaşayan
azərbaycanlılar bu bayramı təntənə ilə qeyd edirlər.
Səfirlik bu münasibətlə Gürcüstanın bölgələrində olur,
azərbaycanlılarla görüşlər keçirib. Bugünkü görüşün əsas məqsədi də
azərbaycanlılarla görüşmək, həmrəylik nümayiş etdirməkdir.
F.Quliyev A.Həsənovun Gürcüstan dövlətinin möhkəmlənməsindəki
xidmtlərini yüksək qiymətləndirib. Bildirib ki, Akif Həsənov kimi
azərbaycanlıların fədakar xidmətləri heç zaman unudlamayacaq.
Akif Həsənov göstərilən diqqət və qayğıya görə təşəkkürünü
bildirib.
O, bu görüşü Dünya Azərbaycanlılarının Həmrəyliyinin bariz nümunəsi
olduğunu qeyd edib.
Görüşdə Azərbaycan dövlətinin azərbaycanlılara göstərdiyi diqqət və
qayğı, xüsusən gənclərin təhsilində, işlə təmin olunmaları
istiqamətində qarşılaşdıqları problemlərin həlli ilə bağlı həyata
keçirdiyi layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.
1952-ci ilin noyabrın 5-də Marneulidə anadan olan A.Həsənov
1990-1991-ci ildə 1990-1991-ci illərdə Gürcüstan Ali Şurasının
deputatı olub. 71 yaşlı sabiq deputat hazırda təqaüdçüdür.
Mənbə: azertac.az