İctimai Reyestrdə əməkhaqqının artırılması meriya və “Yenə də Böyüyəcəklər”-in mühafizəsi xərclərini 23% artırıb
Marneuli meriyası və “Yenə də Böyüyəcəklər” heykəlinin ərazisində yerləşən parkın qorunması xərcləri artıb. Marneuli meriyası 2024-cü il ərzində meriya binası və bələdiyyəyə məxsus “Yenə də Böyüyəcəklər” obyekt-parkın, onun ərazisinin 24 saat ərzində odlu silahla mühafizəsini təmin etmə xidmətini ötən illərdəki kimi birbaşa qayda ilə Gürcüstan Daxili İşlər Nazirliyinin Mühafizə Polisi Departamentindən alıb.

Meriya və Mühafizə Polisi Departamenti arasında bağlanmış müqaviləyə görə, 2024-cü il ərzində meriyanın binası və “Yenə də Böyüyəcəklər”-in mühafizəsi üçün özünüidarə 249 444 lari ödəyəcək.

“Məlum olduğu kimi, Gürcüstan hökumətinin qərarı ilə 2022-2025-ci illərdə dövlət xidmətlərində, eləcə də Daxili İşlər Nazirliyi sistemində dövlət məmurlarının əməkhaqqının hər il artırılması planlaşdırılıb. Müvafiq olaraq, Departament tərəfindən, Daxil İşlər Nazirliyi sisteminin ən çoxşaxəli şöbələrindən biri kimi hazırlığa və bu istiqamətdə müvafiq tədbirlərin aparılmasına başlanılıb.

Qeyd olunan vəziyyəti nəzərə alaraq, mühafizə xidmətinin yaxşılaşdırılması, effektivliyi və operativliyinin artırılması, yüksək ixtisaslı kadr resursunun cəlb edilməsi, əməkdaşlara layiqli əmək şəraitinin yaradılması məqsədi ilə departamentdə mühafizə xidmətinin yenilənmiş tarif siyasəti ilə həyata keçirilməsi ilə bağlı qərar qəbul edilib. Bu bizim təklifimizi nəzərdə tutur. Təklifə görə, obyektin bugünkü mövcud mühafizə xidmətinin dəyəri ayda 16 900 lari, 2024-cü ilin 1 yanvar tarixindən 3887 lari artırılsın”,
– Mühafizə Polisi Departamentinin Kvemo Kartli Regional Mühafizə Polisi İdarəsinin rəhbəri Merab Asanişvilinin Marneuli meriyasına göndərdiyi məktubda qeyd olunub.

Marneuli bələdiyyəsinin yerli özünüidarəsi 2023-cü ildə meriya binası və “Yenə də Böyüyəcəklər” abidəsi ərazisinin mühafizəsinə 202 800 lari ödəyib, 2022-ci ildə həmin xidməti mühafizə polisindən 162 000 lariyə alıb.

Gürcüstan hökuməti tərəfindən elan edilmiş əməkhaqqının artırılmasına görə meriya binası və “Yenə də Böyüyəcəklər” abidəsinin ərazisinin mühafizə xidməti 2023-cü illə müqayisədə 23% bahalaşıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google