Marneulidə itə qarşı şiddətli rəftara görə bir nəfər saxlanılıb
Marneuli bələdiyyəsinin Qaçağan kənd sakini olan kişi heyvana əziyyət etmək və ona qarşı şiddətli rəftara görə saxlanılıb. Bu barədə "Marneuli" radiosuna Daxili İşlər Nazirliyindən məlumatı təsdiq ediblər.

8 yanvar tarixində Marneulili mülki fəal Samirə Bayramova sosial şəbəkədə video yayımlayıb. Videoda kişinin çomaqla iti necə döydüyü görünür. Yayılan məlumata görə it aldığı xəsarət nəticəsində ölüb.

Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna bildiriblər ki, faktla bağlı Cinayət Məcəlləsinin 259-cu maddəsi ilə araşdırma aparılır. Həmin maddə heyvanlara əziyyət etmək, ona qarşı şiddətli rəftarı və ya digər zorakılıqların törədilməsini nəzərdə tutur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google