Marneuli bələdiyyəsinin yerli özünüidarəsi 2024-cü il ərzində 51
000 litr yanacaq almağı planlaşdırır.
Marneuli meriyası artıq “San Petrolium Georgia” (GALF) ilə müqavilə
bağlayıb. Müqaviləyə görə, tender çərçivəsində yanacaqdoldurma
məntəqələrindən “Avrodizel” markalı yanacağın verilməsi yalnız
“Aqai” sistemi vasitəsilə həyata keçirilməlidir.
“Aqai” sistemi yanacaqdoldurma məntəqəsi tapançası ilə
avtorizasiyadan keçmiş avtomobillərin yanacaq çəninin bir-biri ilə
əlaqələndirilməsini təmin edir. Nəticədə sifarişi
yerinə yetirən
stansiyada “Avrodizel” markalı yanacağın yalnız avtorizasiyalı
avtomobilin çəninə tökülməsi mümkün olacaq.
Marneuli meriyası və “San Petroilum Georgia” MMC arasında bağlanmış
müqaviləyə görə, bələdiyyənin alacağı yanacaq Rusiya
istehsalıdır.
Marneuli yerli özünüidarəsi 2024-cü il ərzində 51 000 litr yanacaq
almaq üçün 144 840 lari xərcləyəcək.