Prokurorluq it öldürməkdə təqirləndirilən Marneulili kişiyə qarşı ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu heyvanın ölümünə səbəb olan, ona qarşı şiddətli rəftara görə Marneulili kişiyə qarşı ittiham irəli sürüb. 8 dekabr tarixində sosial şəbəkədə kişinin iti çomaqla döydüyü əks olunan video yayımlanıb.

Video yayımlandıqdan sonra heyvan hüquq müdafiəçiləri Marneuli polis şöbəsi qarşısında aksiya keçiriblər. Nəticədə heyvana qarşı zorakılıq törədən kişi saxlanılıb.

Prokurorluğun bildirdiyinə görə, kişi cinayəti 6
dekabr tarixində törədib.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılmış istintaq nəticəsində aydın olub ki, 6 dekabr tarixində, müttəhim Marneuli bələdiyyəsinin Qaçağan kəndində iti çomaqla, şiddətli şəkildə döyüb və nəticədə heyvan ölüb.

Hüquq mühafizəçiləri müttəhimi 9 yanvar tarixində saxlayıblar. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 259-cu maddəsinin üçüncü hissəsi ilə (heyvanın ölümünə səbəb olan şiddətli rəftar) ittiham irəli sürülüb”,
– Prokurorluğun məlumatına qeyd olunub.

Gürcüstan Prokurorluğu məhkəməyə müttəhim üçün həbs-qətimkan tədbirindən istifadə etməsi üçün vəsatətlə müraciət edəcək.

“Gürcüstan Prokurorluğu heyvana qarşı şiddətli rəftarla bağlı törədilən cinayətlərə ciddi siyasət aparır. Heyvana əziyyət vermək və ona qarşı şiddətli rəftar kimi cinayətlərinə görə Prokurorluğun təşəbbüsü ilə Cinayət Məcəlləsinin 259-cu maddəsində ediləcək dəyişikliklər layihəsi hazırlanıb. Layihə əsasında heyvana əziyyət etmək və şiddətli rəftar cinayətlərinə cəza ciddiləşdirilib”,
– Prokurorluğun məlumatına deyilir.

Gürcüstan Cinayət Məcəlləsinə görə, heyvana əziyyət etmək, şiddətli rəftar etmək və ya onun ölümünə səbəb olan digər zorakılıqlar cərimə, ictimaiyyətə faydalı olan 120-dən 240 saata qədər icbari əmək müddəti, 6 aydan 1 ilə qədər ev həbsi, yaxud 2 ilə qədər həbs cəzası ilə cəzalandırılır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google