Qasımlıda yeni su çəninin tikintisinə 431 995 lari xərclənəcək
Marneuli bələdiyyəsinin Qasımlı kəndində yeni içməli su çəni və xlorlaşdırma üçün binanın tikintisi planlşdırılır. Marneuli meriyasının 11 yanvar tarixində elan etdiyi tenderə görə, yeni su çəni kənddə yerləşən köhnə su çəninin yanında tikiləcək.

"Marneuli bələdiyyəsinin Qasımlı kəndinin əhalisinin sayı 2002-ci ilin göstəricilərinə görə, 2800 nəfərdir. Təsərrüfat sayı 1000-dir. Kənd Marneulinin qərbində yerləşir və onun relyefi dağlıq hesab olunur. Kənd ərazisi torpaqüstü qaz boru sistemi, daxili və xarici işıqlandırma dirəkləri ilə şəbəkləşdirilib. Kəndin maili relyefi var və avtomobil yollarında kanalizasiya sistemi olduğuna görə nəticədə yaranan səthi sular təbii olaraq dərəyə axır", - Qasımlıda su çəninin tikintisi ilə bağlı tenderdə qeyd olunub.

Layihə Qasımlı kəndi ərazisində kənddə mövcud çənin yanında yeni dəmir beton 500 kub metr həcmli çənin, eləcə də xlorlaşdırma üçün binanın tikintisi nəzərdə tutulur. Mövcud çənin və layihə ilə nəzərdə tutulmuş çənin birləşdirilməsi suyu balanslaşdıran qab prinsipi ilə nəzərdə tutulur.

Marneuli yerli özünüidarəsi Qasımlı kəndində 500 kub metrlik çənin və mühafizə-xlorlaşdırma üçün binanın tikintisi üçün 431 995 lari dəyərində tender elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 28 yanvardan 2 fevral tarixinə qədər öz təkliflərini təqdim edə bilərlər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google