Sadaxlı və Xocornidə daxili yollara asfalt qatının çəkilməsinə 837 872 lari xərclənəcək
Marneuli yerli özünüidarəsi Sadaxlı kəndində daxili yollara asfalt qatının çəkilməsini və Xocorni kənd küçələrinin bərpasını planlaşdırır. Meriya kəndlərdə yollara asfalt qatının çəkilməsi işləri üçün 11 yanvar tarixində tender elan edib.

Meriya tərəfindən elan edilmiş tenderə görə, Sadaxlı kəndində daxili yolların bərpası 6 hissədə, Xocorni kəndində isə 2 hissədə planlaşdırılır.

“Yerinə yetirilən işlərin keyfiyyət dərəcəsinin zəmanət müddəti yekun təhvil-təslim aktının bağlanmasından sonra 3 ildir. Zəmanət müddəti ərzində istismar prosesində hansısa çatışmazlıqlar aşkarlandığı halda təchizatçı bildirişi aldıqdan sonra alıcının müəyyən etdiyi uyğun müddət ərzində çatışmazlığı/qüsuru öz hesabına düzəltməyə borcludur”, – tender təklifində qeyd olunub.

Marneuli yerli özünüidarəsi Sadaxlı və Xocorni kəndlərində daxili yolların bərpası işlərinin alınmasına 837 872 lari xərcləməyi planlaşdırır.

Tender sənədlərinə görə, layihənin 95% dövlət, 5% isə yerli büdcədən maliyyələşdirilir.

Sadaxlı kəndinin daxili yollarının bərpası və Xocorni küçələrinin bərpası işləri ilə bağlı tenderdə iştirak etmək istəyən şirkətlər təkliflərini 1 fevraldan 6 fevral tarixində qədər təqdim edə bilərlər. Tenderdə qalib gələn şirkət müqavilə bağlandıqdan 120 gün ərzində işləri təhvil verməlidir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google