Meriya yeni maşın alınması üçün təkrar tender elan edib
Marneuli yerli özünüidarəsi avtomobil almaq üçün təkrar tender elan edib. Marneuli meriyası artıq ikinci dəfə infrastruktur xidmətinə yeni maşın almağa cəhd göstərir.

Özünüidarə birinci tenderi 24 noyabr tarixində elan etmişdi. 27 noyabr tarixində Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Davit Çikadze “Marneuli” radiosuna bildirmişdi ki, meriya yeni avtomobili infrastruktur xidməti üçün alır, çünki onların istifadəsində olan maşının istismar müddəti başa çatıb və yenisi ili əvəz edilməlidir.

Meriya tərəfindən bir ədəd III sinif minik avtomobilinin alınması üçün elan edilmiş birinci tender baş tutmamışdı, buna görə də özünüidarə 15 dekabr tarixində ikinci tenderi elan edib.

Yerli özünüidarə bir ədəd III sinif minik avtomobilinin alınması üçün 57 500 lari xərcləməyi planlaşdırır. Tenderdə iştirak etmək istəyən şirkətlər 22 yanvardan 24 yanvara qədər tender təkliflərini təqdim edə bilərlər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google