Dairə Seçki Komissiyası rəhbəri imtahanları azərbaycan və erməni dillərində də keçiriləcək
Gürcüstan Mərkəzi Seçki Komissiyası Məntəqə Seçki Komissiyalarının rəhbərləri üçün sertifikat imtahanına başlayıb. MSK tərəfindən yayımlanmış məlumata görə, sertifikat imtahanları gürcü, azərbaycan və erməni dillərində keçiriləcək.

Maraqlanan şəxslər Məntəqə Seçki Komissiyası rəhbərləri üçün imtahana 17 yanvar tarixindən 23 yanvar tarixində qədər qeydiyyatdan keçə bilərlər. İmtahana qeydiyyat üçün qeyd olunan linkə daxil ola bilərsiniz: https://registration.cec.gov.ge/

“Maraqlanan şəxslər qeydiyyatdan keçmək üçün bayram və istirahət günləri istisna olmaqla, 2024-cü il 17 yanvardan 23 yanvar tarixində qədər, saat 10:00-dan 18:00-dək imtahan katibliklərinə də müraciət edə bilərlər (imtahan katibliklərinin ünvanları linkdə göstərilib). Vətəndaş şəxsiyyət vəsiqəsini və ya Gürcüstan vətəndaşına məxsus pasportu özü ilə götürməlidir”, – MSK-nın müraciətində deyilir.

İmtahanlar 29 yanvar tarixindən başlayacaq və vətəndaşlar Gürcüstan miqyasında açılmış 8 imtahan mərkəzində imtahan verə biləcəklər. İmtahan mərkəzləri Marneuli, Qardabani, Bolnisi, Tetritskaro, Telavi, Axaltsixe, Axalkalaki və Ninotsmindada açılacaq. Marneulidə imtahan mərkəzi Rustaveli 69 ünvanında, Marneuli Dairə Seçki Komissiyasının inzibati binasında açılacaq.

“Elan edilmiş sertifikat imtahanına qeydiyyat müvafiq müddət başa çatana qədər, imtahan mərkəzlərinə buraxılan iştirakçı yerləri dolan kimi bitə bilər”,
– MSK-nın məlumatında deyilir.

MSK-nın açıqlamasında bildirilir ki, imtahanın ictimailiyini təmin etmək məqsədilə akkreditasiyadan keçmiş yerli qeyri-hökumət və beynəlxalq təşkilat nümayəndələri müşahidəçi qismində imtahanda iştirak edəcəklər. İmtahanda iştirak etmək istəyən təşkilatlar 17 yanvardan 23 yanvar tarixində qədər This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it elektron ünvanına ərizə göndərməklə və ya müvafiq imtahan mərkəzinin katibliyi vasitəsilə qeydiyyatdan keçə biləcəklər.

“Sertifikat imtahanı elektron test üsulu ilə keçirilir. İmtahanın müddəti 1 saatdır. Təsadüfi seçim üsulu ilə elektron proqramda imtahan üçün avtomatik olaraq 24 imtahan testi seçilir, hər bir imtahan testi üzrə düzgün cavab 1 balla qiymətləndirilir. Müsbət qiymət almaq üçün imtahan verən şəxs ən az 15 bal toplamalıdır. Sertifikatın etibarlılıq müddəti imtahandan keçdikdən sonra 5 il müddətində müəyyən edilir”, – MSK-nın məlumatında deyilir.

Marneuli imtahan mərkəzində imtahan iştirakçılarının maksimum sayı 450 nəfər, Telavi imtahan mərkəzində 120 nəfər, Bolnisi imtahan mərkəzində 360 nəfər, Qardabani imtahan mərkəzində 150 nəfər, Tetritskaro imtahan mərkəzində 150 nəfər, Axaltsixe imtahan mərkəzində 80 nəfər, Axalkalaki imtahan mərkəzində 350 nəfər, Ninotsminda imtahan mərkəzində 180 nəfər müəyyən edilib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google