Marneuli meriyası “İnterpressnews” ilə 5 999 lari dəyərində müqavilə bağlayıb
Marneuli yerli özünüidarəsi “İnterpressnews – İPN” Xəbər Agentliyi ilə sadələşdirilmiş müqavilə bağlayıb.

Sadələşdirilmiş müqavilənin izahatnaməsinə görə, müqavilənin bağlanmasına bələdiyyədə həyata keçirilən layihələr haqqında məlumat yayımlamaq məqsədi ilə ehtiyac yaranıb.

“Xatırladaq ki, yerli özünüidarə üçün bələdiyyədə planlaşdırılan və keçirilən tədbirlərin, infrastruktur layihələri, sosial proqramlar, eləcə də mədəni, idman fəaliyyətləri haqqında məlumat yayımlamaq mühümdür.

Əhalinin məlumatlandırılması məqsədi ilə xəbər agentlikləri ilə sıx əməkdaşlığı mühüm hesab edirik.

Məqsədəuyğun hesab edirik ki, 2024-cü ilin yanvar ayından dekabr ayına qədər xəbər agentliyi bələdiyyə tərəfindən verilmiş məlumatı öz veb-səhifəsində yayımlamalıdır. Bu bələdiyyə üçün əlavə məlumat yayımlamaq üçün bir vasitə olacaq”,
– Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Davit Çikadzenin izahatnaməsində qeyd olunub.

Meriya və “İnterpressnews” arasında bağlanmış müqaviləyə görə mətbuat vasitəsi Marneuli meriyası tərəfindən verilmiş məlumatı hər ay, ayda 5 dəfə yerləşdirməli olacaq.

Marneuli meriyası “İnterpressnews” ilə 5 999 lari 95 tetri dəyərində sadələşdirilmiş müqavilə bağlayıb.

Qeyd edək ki, Marneuli meriyası televiziya xidməti üçün ayrıca 150 000 lari dəyərində tender elan edib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google