“İmedi” telekanalının məlumatına görə, Gürcüstanın baş naziri
İrakli Qaribaşvili vəzifəsini tərk edəcək.
Kanal xəbər verib ki, partiyanın qurultayı fevralın 1-də
keçiriləcək.
“Bizdə olan məlumata görə, partiyanın sədri vəzifəsini
icra edən İrakli Kobaxidzenin namizədliyi baş nazir postuna, baş
nazir səlahiyyətlərini icra edən İrakli Qaribaşvili isə partiya
sədri postuna təqdim olunacaq”, - deyə telekanal
bildirib.
İrakli Qaribaşvili 2021-ci il fevralın 22-dən ikinci müddətə
Gürcüstanın baş naziri vəzifəsini icra edir. O vaxtkı baş nazir
Qiorqi Qaxaria istefa verdiyini elan etdikdən sonra hakim partiya
onu hökumət başçısı vəzifəsinə təyin edib.
İrakli Qaribaşvili siyasətə 2012-ci ildə “Gürcü arzusu” ilə gəlib.
O, bir il daxili işlər naziri vəzifəsini tutub, 2013-cü ildə isə
baş nazir postunda Bidzina İvanişvilini əvəzləyib. O, 2015-ci ilin
sonuna qədər baş nazir vəzifəsini tutub - dekabrın 23-də, axşam
saat 20-də istefa verdiyini açıqlayıb.
Qaribaşvili “Gürcü arzusu” hökumətinə Qiorqi Qaxarianın baş
nazirliyi dövründə qayıdıb.