Daxili İşlər Nazirliyinin Mühafizə Polis İdarəsinin məlumatına
görə, Tbilisi toplama və mühafizə-evakuasiya xidmətinin inspektoru,
polis mayoru Valerian Qoqatişvili xidməti vəzifəsini yerinə
yetirərkən qəflətən pisləşib və dünyasını dəyişib.
Hadisə Tbilisinin Çavçavadze prospektində baş verib.
Mühafizə Polis İdarəsi polis mayorunun vəfatından kədərləndiyini
bildirir, mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin
hüznlə başsağlığı verir. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin
115-ci, yəni intihar həddinə çatdırma maddəsi ilə istintaq
aparılır.