Marneuli İdman Məktəbi mehmanxana və qida ilə təminata 49 400 lari xərcləyəcək
Marneuli İdman Məktəbi 2024-cü il ərzində idmançıların mehmanxana ilə təmin olunmasına 49 400 lari xərcləyəcək. İdman Məktəbi idmançıların mehmanxana ilə təmin olunması xidməti üçün 23 yanvar tarixində tender elan edib.

Tender Komissiyası iclasının protokoluna əsasən, idmançılar mehmanxana ilə yanaşı qida ilə də təmin edilməlidir.

“Marneuli İdman Məktəbinin idmançıları il ərzində davamlı olaraq müxtəlif idman növləri üzrə keçirilən milli, başqa səviyyəli çempionatlarda, turnirlərdə iştirak edirlər. İdmançıların gələcək inkişafı və motivasiyası, nəticələrinin yaxşılaşdırılması onların davamlı olaraq idman yarışlarında iştirakından asılıdır. Buradan irəli gələrək, fəaliyyətimizi idman nəticələrində göstərmək və ölkə ərazisində keçirilən idman turnirlərində idmançılarımızın maneəsiz iştirakı məqsədilə, İdman Məktəbinin yerli özünüidarə büdcəsinin maliyyə dəstəyi ilə İdman Məktəbi şagirdlərinin mehmanxana, qida ilə təmin edilməsi xidmətinə ehtiyac var”,
– Tender Komissiyasının iclas protokolunda qeyd olunub.

Marneuli İdman Məktəbi tərəfindən elan edilmiş tenderdə bir şirkət, “Bon Voiaj” MMC iştirak edib. Şirkət İdman Məktəbinin idmançılarının mehmanxanalarda yerləşdirilməsi və qida ilə təmin edilməsi xidmətinə görə 49 400 lari təklif edib. İndiki mərhələdə tenderdə qalib gəlmiş şirkətin seçilmə/qiymətləndirmə mərhələsi aparılır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google