Meriya kanalizasiyanın təmizlənməsi üçün bu il 86 760 lari xərcləyəcək
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi 2024-cü il ərzində kanalizasiya sisteminin təmizlənməsi və xidmət göstərilməsi işləri üçün tender elan edib.

Özünüidarə 2024-cü il ərzində kanalizasiya sistemlərinin təmizlənməsi və xidmət işləri üçün 86 760 lari xərcləyəcək.

“Xidmət müqavilə bağlandıqdan 2024-cü ilin 31 dekabr tarixinə qədər, mərhələli şəkildə, yazılı tapşırığa uyğun olaraq göstərilməlidir. Təchizatçıya obyektin konkret ünvanı, yerinə yetirəcəyi işlərin adı və ya akt, işlər üçün müəyyən edilmiş müddət yazılı şəkildə veriləcək”, – meriyanın elan etdiyi tenderdə qeyd olunub.

Yerli özünüidarə qeyd olunan tenderi ötən il də elan edib. 2023-cü il ərzində kanalizasiya sistemlərinin təmizlənməsi və qulluq göstərilməsi işləri üçün 50 847 lari dəyərində tender elan etmişdi. Özünüidarə 2023-cü illə müqayisədə 2024-cü ildə eyni xidmət üçün tenderin dəyərini 35 913 lari artırıb.

Tenderdə iştirak etmək istəyən şirkətlər 25 fevral tarixindən 1 marta qədər öz təkliflərini göndərə bilərlər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google