Xixanidə kənd toplantısında nəyin düzəldilməsini dəstəkləyiblər?
Marneuli bələdiyyəsinin Xixani kəndində kəndə dəstək proqramı çərçivəsində daxili suvarma kanallarının qurulmasını dəstəkləyiblər. Ötən il Xixanidə 16 000 lari çərçivəsində eyni layihə həyata keçirilib. Əhali toplantıda başqa prioritet məsələləri də qeyd ediblər.

Nəqliyyat probleminin həlli və zalın tikilməsi kimi məsələlər qeyd olunub. Yerli özünüidarə nümayəndələri Xixani sakinlərinə bildiriblər ki, onların ehtiyaclarını əlavə olaraq qeyd ediblər.

Prioritetlərin seçilməsi məqsədilə əhali ilə görüşlər 26 fevral tarixinə qədər keçiriləcək. Kəndə Dəstək Proqramı üçün 2024-cü ildə Gürcüstanın Regionlarında Həyata Keçiriləcək Layihələr Fondundan 1 232 000 lari ayrılıb.

Kəndlərə vəsait əhalinin sayına görə bölünüb. Hər kəndə ən az 10 000 lari, ən çox 20 000 lari nəzərdə tutulub.

Print ელ. ფოსტა
FaceBook Twitter Google