Xixanidə ictimai nəqliyyat 17 fevraldan fəaliyyətini bərpa edəcək
3 gündür ki, Xixanidə ictimai nəqliyyat işləmir. Kənd Marneulidən 32 kilometr məsafədə yerləşir, altı ildir ki, əhaliyə bir bələdiyyə nəqliyyatı həftədə dörd dəfə xidmət göstərir.

Ancaq yerli sakinlər deyirlər ki, nəqliyyat vasitəsi tez-tez sıradan çıxır və hərəkət etməkdə çətinlik çəkirlər.

Nazi Kaxadze üç gündür ki, peşə məktəbinə gedə bilmir, gürcü dili və ədəbiyyatı müəllimi Lela İnaşvili kənddən Tbilisiyə qayıtmaqda çətinlik çəkir.

“Xixanidə həmişə nəqliyyat problemi var. Bir gün əvvəl vaxtı olan taksi ilə razılaşmalısan. Kimisə tapa bilməsək, gedə bilmirik. Taksi buradan Marneuliyə getməyə 40 lari istəyir. Dörd gündür, ümumiyyətlə nəqliyyat işləmir, ona qədər isə günaşırı işləyirdi. Çox vaxt sıradan çıxır, köhnə mikroavtobusdur”, - Nazi Kaxadze bildirir.

“Bu gün Marneulidə mühazirədə iştirak edə bilmədim, dünən də getməmişdim. Meriyaya ümumi ərizə vermişik. Uşaqlar da diqqətsiz qalırlar, harasa getmək üçün nəqliyyat yoxdur, rəqsə, futbola gedə bilmirlər. Əgər taksi tapsaq, gedirik, tapmasaq, heç bir imkan yoxdur”, - Madona Qabaidze bildirir.

“Tbilisiyə qayıda bilmirəm, kimisə tapmalıyıq və ya kimsə gedirsə, bizi də aparır. Burada nəqliyyat problemi həmişə olub. Bir neçə gündür, heç işləmir”, - Lela İnaşvili bildirir.

Bələdiyyə Avtoparkının rəhbəri Qiqa Calağonia “Marneuli” radiosuna bildirdi ki, Xixani əhalisinə xidmət göstərən nəqliyyat vasitəsi sıradan çıxıb və təmirə ehtiyac yaranıb. İctimai nəqliyyat sabahdan, 17 fevraldan fəaliyyətini bərpa edəcək.

“Mikroavtobus sıradan çıxıb, bərpa olundu və 17 fevral tarixindən xəttə buraxılacaq. Həftədə 4 dəfə işləyir. 3 gün Tserakvidə müəllimlərə xidmət göstərir. Tbilisidən müəllimləri Tserakviyə aparırıq. Dağlıq zonadır, imkan daxilində kömək edirik. Xixaniyə gedəndə gündə üç reys edir”.

Marneuli bələdiyyəsində ümumilikdə iki nəqliyyat şirkəti - “Express turist” MMC və “Avtopark” xidmət göstərir. “Express turist” özəl şirkətdir, “Avtopark” isə bələdiyyənin balansındadır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google