Tseretelidə uşaq parkı salınacaq
Marneuli bələdiyyəsinin Tsereteli kəndində uşaq parkı salınacaq. 19 fevral tarixində Ayinlər Evi ərazisində kənd proqramı çərçivəsində görüş baş tutub. Yerli özünüidarə nümayəndələri toplaşmış əhaliyə bildiriblər ki, Tsereteli kəndindən meriyaya iki təklif qeydiyyatdan keçirilib.

Onlardan biri suvarma kanalında keçidin qurulması, digəri isə uşaq parkı ilə bağlıdır. Əksəriyyət uşaq parkının salınmasını dəstəkləyib.

Tsereteli kəndi üçün mərkəzi büdcədən 20 000 lari ayrılıb.

Marneulidə kənd toplantılarına 12 fevral tarixindən başlanılıb.

Prioritetlərin seçilməsi məqsədi ilə əhali ilə görüşlər 26 fevrala qədər davam edəcək. Kəndə dəstək proqramı üçün 2024-cü ildə Gürcüstanın Regionlarda Həyata Keçiriləcək Layihələr Fondundan 1 232 000 lari ayrılıb.

Kəndlərə vəsait əhalinin sayına görə bölünüb. Hər kəndə ən az 10 000 lari, ən çox isə 20 000 lari nəzərdə tutulub.

Print ელ. ფოსტა
FaceBook Twitter Google